RU

Naxçıvan şəhərində “Suverenlik yürüşü” təşkil olunub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik yürüşü” təşkil olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə baş tutan yürüş Əlahiddə Ümumqoşun Ordunun Hərbi Orkestrinin müşayəti ilə Zəfər Parkından başlayaraq, şəhərin mərkəzi meydanında yerləşən Heydər Əliyev Muzeyinin qarşısına qədər davam edib. Yürüşdə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin kursantları, tələbələr, gənclər, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Yürüş iştirakçıları Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə şəhərin mərkəzi küçələrində addımlayaraq dövlətin suverenliyi, müstəqilliyin qorunması və milli birliyin gücləndirilməsi istiqamətində həmrəylik nümayiş etdirib, şəhidlər və vətənpərvərlik haqqında şüarlar səsləndiriblər.

Yürüşün sonunda şəhərin mərkəzi meydanında iştirakçılar bir daha ölkənin gələcəyi naminə həmrəylik nümayiş etdirərək suverenliyin hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs dəyər olduğunu vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
3
azertag.az

4Источники