RU

Uzunömürlülüyün sirri arıqlıqda yox, köklükdə imiş - Yeni araşdırma

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlərin apardığı genişmiqyaslı araşdırma arıqlıqla bağlı mövcud stereotipləri alt-üst edib. 86 min nəfərin sağlamlıq göstəricilərinin təhlili göstərib ki, arıq insanlar bir az kök olanlardan təxminən üç dəfə daha tez dünyasını dəyişirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Koroçe" "Telegram" kanalı məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, uzunömürlülük üçün ən optimal bədən kütlə indeksi (BKİ) 22.5-30 aralığında hesab olunur. Bu göstərici tibbi baxımdan "bir az artıq çəki" sayılır.
Araşdırmanın müəllifləri bildiriblər ki, bunun səbəbi sadədir: arıq insanların həm əzələ kütləsi, həm də yağ ehtiyatı az olur. Bu isə orqanizmin xəstəliklər və ağır vəziyyətlər qarşısında müdafiəsini zəiflədir.
Başqa sözlə, bir qədər köklük yalnız estetik deyil, həm də sağlamlıq baxımından üstünlük ola bilər.
Избранный
84
50
oxu.az

10Источники