RU

Özünə əl qatan "İmişli" üçün "Qarabağ"dan İKİ NÜMUNƏ!

"İmişli" Premyer Liqanın 4-cü turunda "Sumqayıt"ı məğlub etməklə yadda qaldı.

Amma kollektiv qələbə sevincini yaşaya bilmədi.

Səbəb görüşün 68-ci dəqiqəsində protokolda adı olmaya İbrahim Əliyevin meydana daxil olması oldu.

Belədə bölgə klubuna texniki məğlubiyyət verilməsi qaçınılmaz oldu.

Düzdü, peşəkar kluba yaraşan səhv deyil.

Bu qədər insanların haqqını bir insan xətasına görə yerlə bir etmək qəbuledilməzdir.

Amma bu mənzərə futbolumuza heç də yadd deyil.

Elə yaxın keçmişdə iki oxşar olay yaşanıb.

Özü də hər iki olay ölkəmizi illərdi Avropada uğurlar təmsil edən, ən peşəkar saya biləcəyimiz "Qarabağ"la bağlıdır.

2018/19 mövsümündə Premyer Liqanın 8-ci turunun “Qarabağ” “Səbail” matçda heyətində protokolda adı qeyd olunmayan futbolçu Abbas Hüseynov iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan başqa, klub 8000 manat məbləğində cərimə olunub.

Digər hadisə isə 1 avqust, 2014-cü ildə yaşanıb. Bu dəfə Premyer Liqanın 1-ci turunda keçirən “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ”ın heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzinə meydana daxil olub.

Halbuki, həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, baş məşqçi Qurban Qurbanov yeni legioneri meydandakılardan birinin əvəzində meydana buraxa bilərdi.

Amma braziliyalı futbolçunun məhz Namiqi əvəzləməsi səbəbindən limit pozlulub.

O, məşqçilər korpusunun səhlənkarlığı ucbatından hətta sonadək meydanda olub

Buna görə, “Qarabağ”a texniki məğlubiyyət verilib. Halbuki komanda səfər oyununda 3:0 hesabıyla qalib gəlmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
51
sportinfo.az

1Источники