RU

Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - Fotolar

18 sentyabr 2025-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

News24.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirə olunub.

Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətlərin gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeyd edilib.

Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habelə bərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, ətraf mühit və iqlim dəyişmələri ilə mübarizə istiqamətində Azərbaycanla-Aİ əməkdaşlığının əhəmiyyəti qeyd olunub.

Nazir həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb. 

Ötən ay Vaşinqton şəhərində baş tutmuş tarixi görüş zamanı əldə olunmuş razılıqlardan xüsusi məmnunluq ifadə olunub. Regional normallaşma və sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Избранный
52
32
news24.az

10Источники