Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının (AK) ölkəmizdə səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və AB arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirə olunub.