Joze Mourinyo "Benfika"nın yeni baş məşqçisi təyin olunub.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Mourinyo Çempionlar Liqasının ilk oyununda "Qarabağ"a 3:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Bruno Lageni əvəzləyib.