RU

Azərbaycanlı həkimlər xaricə niyə axın edir?

Son zamanlar müxtəlif məqsədlər üçün xarici ölkələrə üz tutan azərbaycanlıların sayında artım müşahidə olunur. 

Bu sıraya daxil olanlar əsasən təhsil səviyyəsini artırmaq istəyənlər, fərqli yaşam tərzi axtaranlar və ya işlə təmin olunmaq arzusunda olanlardır.

Bu gün xaricə işləmək üçün müraciət edən həkimlərin də sayı az deyil. 

Professor, tibb üzrə ekspert Adil Qeybulla Hit.az-a deyib ki, tibb təhsilinin ən yüksək mərhələsi rezidentura hesab edilir. Rezidentura sistemi yalnız icbari tibbi sığortanın kifayət qədər təşəkkül tapdığı ölkələrdə, xəstə bazasının çox olduğu yerlərdə effektiv olur:

“Bizdə tibb təhsilini bitirənlər məcburdur ki, rezidentrura təhsili üçün başqa ölkələrə getsinlər. Bu ölkələr də əsasən Türkiyə və Almaniyadır. Həkimlərimizin bu ölkələrə daha çox üz tutmasının bəlli səbəbləri də var. Azərbaycanda həkimlərə diqqət və qayğı çox aşağı səviyyədədir. Xarici ölkədə işləmək və yaşamaq məqsədilə qalanlar üçün Azərbaycanda lazımi şərait yaratmalıyıq ki, onlar ölkəmizə qayıtsın”.

Sevinc

Избранный
3
18
hit.az

10Источники