RU

Qardaş ölkədə Süni İntellekt Nazirliyi yaradıldı

Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkə Pezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı imzaladığı fərmanla Rəqəmsal İnkişaf Nazirliyinin yenidən təşkil edilərək Qazaxıstan Respublikası Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə çevrilməsini tapşırıb.

Hökumətə dövlət orqanlarının əməkdaşlarının ştat bölgüsünü təmin etmək göstərişi verilib.

Избранный
27
publika.az

1Источники