ain.az bildirir, Lent az portalına istinadən.
Hindistanın Uttar-Pradeş ştatında bir çoban təsadüfən diri-diri basdırılmış yeni doğulmuş körpəni xilas edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə sentyabrın 15-də baş verib. Kişi keçiləri otlağa çıxararkən torpağın altından körpə ağlaması eşidib.
Yaxınlaşıb təpəciyə baxanda çoban körpənin kiçik əlini görüb. Qız uşağının bədəni demək olar ki, tamamilə torpaq qatı altında qalmışdı. Kişi dərhal kəndə qaçaraq kömək çağırıb və həmkəndlilərinə baş verənləri danışıb. Bundan sonra hadisə yerinə polis və həkimlər gəlib.
Körpə dərhal xəstəxanaya çatdırılıb. Həkimlər müəyyən ediblər ki, qız uşağı təxminən 20 günlükdür. O, artıq infeksiya qapıb və hazırda həkimlər onun həyatını xilas etmək uğrunda mübarizə aparırlar.
Hüquq-mühafizə orqanları hələlik körpəni kimin tarlada basdırdığını müəyyənləşdirə bilməyiblər. Hakimiyyət nümayəndələri ehtimal edirlər ki, qız uşağından xilas olmaq istəyən ailə oğlan övladı istədiyi üçün belə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.