RU

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə növbəti görüş keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərbaycan Hava Yolları" QSC, "Təmiz Şəhər" ASC, "Azərişıq" ASC, "Azərenerji" ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini, bu tədbirlərin təşkilində işəgötürənlərlə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Həmin ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri, qarşıda duran vəzifələr müzakirə olunub.

Избранный
15
5
day.az

6Источники