RU

Millimiz Moldovaya qalib gəlib

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüşdə millimiz 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində hər iki qolu Xanım Əsədova (27, 53) vurub.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyununda da millimiz 2:0 hesablı qələbə qazanıb.

Millimiz iki pillə gerilədi

AFFA yenə “Neftçi”ni cərimələdi: Bu dəfə 8 min manat

“İmişli”nin taleyi bəlli oldu: RƏSMİ QƏRAR

Birinci Liqa: II tura start verilib

“Neftçi”nin şikayəti təmin edilmədi

Избранный
38
12
apasport.az

10Источники