RU

Azərbaycan Aİ ilə nəqliyyat sahələrində maliyyələşdirmə sazişini müzakirə etdi - FOTO

Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı Marta Kosla keçirdiyi görüşdə baş tutub.

Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğu və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı məmnunluqla vurğulanıb.
 

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələr qeyd olunub. Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var.


Tərəflər Aİ-nin yeni qlobal əlaqələndirmə strategiyası olan "Global Gateway" təşəbbüsü çərçivəsində enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiya təşəbbüslərini müzakirə ediblər.


Bizim.Media

Избранный
16
10
bizim.media

10Источники