AZ

Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib

Aİ-nin Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı ilə keçirilən görüşdə investisiya təşəbbüsləri, minatəmizləmə, su ehtiyatlarının idarəolunması, nəqliyyat və digər sahələrin davamlı inkişafına dəstək üzrə fikir mübadiləsi aparılıb.

Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə Komissarı xanım Marta Kosla görüşüb.

Görüşdə Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğu və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı məmnunluqla vurğulanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələr qeyd olunub. Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var.

Görüşdə Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Aİ-nin yeni qlobal əlaqələndirmə strategiyası olan "Global Gateway" təşəbbüsü çərçivəsində enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiya təşəbbüslərini müzakirə ediblər.

Seçilən
4
10
day.az

10Mənbələr