RU

Bu şirkətin 1,4 milyon borcu var Rəhbərinə stop qoyuldu

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Məişət avadanlıqların satışı ilə məşğul olan "Favorite Sanitary" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bir milyondan artıq vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1403014.96 manat vergi borcu var. 

Qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan "Favorite Sanitary" MMC-nin qanuni təmsilçisi Kamran Əliyev Vəli oğludur. Kamran Əliyev həmçinin "Favorite Ceiling" MMC-nin qanuni təmsilçisidir. Sözügedən borca görə iş adamının ölkədən çıxışına məhdudiyyət qoyulub.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
3
qaynarinfo.az

4Источники