AZ

Bu şirkətin 1,4 milyon borcu var – Rəhbərinə “stop” qoyuldu

Məişət avadanlıqların satışı ilə məşğul olan “Favorite Sanitary” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bir milyondan artıq vergi borcu yaranıb.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1403014.96 manat vergi borcu var.

Qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan “Favorite Sanitary” MMC-nin qanuni təmsilçisi Kamran Əliyev Vəli oğludur. Kamran Əliyev həmçinin “Favorite Ceiling” MMC-nin qanuni təmsilçisidir. Sözügedən borca görə iş adamının ölkədən çıxışına məhdudiyyət qoyulub.

Seçilən
0
3
nocomment.az

4Mənbələr