RU

"Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi - Vüqar Rəhimzadə

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli LiderHeydər Əliyevin müəllifi olduğu neft strategiyasının şanlı səhifəsiolan “Əsrin müqaviləsi”nin imzalanmasından 31 il keçir. Ötən buillərdə Azərbaycanın tarixinə biri-birindən möhtəşəm səhifələrinyazıldığını bu günümüzdən dünənimizə baxış əsasında daha aydınşəkildə görür və bundan böyük qürur hissi keçiririk. “Əsrinmüqaviləsi” Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir.Ümummilli Liderin gərgin səyi nəticəsində 1994-cü ildə “Xəzərdənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarblokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsininbirgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” DövlətNeft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasındamüqavilə imzalandı. Saziş öz tarixi, siyasi və beynəlxalqəhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. Müqavilədədünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya,Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neftşirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”,“Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”,“Remco”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizinneft strategiyasının və doktrinasının əsası qoyuldu. “Əsrinmüqaviləsi”nin Azərbaycanın dövlət müstəqilliyinin, iqtisadi vəsiyasi mövqeyinin möhkəmlənməsində rolu böyükdür.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadədeyib.

Millət vəkili bu məqamı da xüsusi vurğulayıb ki, neftstrategiyasının hazırlanmasının ilk günündən AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin (SOCAR) birincivitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi,yeni neft strategiyasının hazırlanmasının və uğurla həyatakeçirilməsinin ən fəal iştirakçılarından oldu. Gərgin səylərnəticəsində bu sazişin imzalanması reallığa çevrildi. “Əsrinmüqaviləsi”nin imzalanmasının 23-cü ildönümündə Xəzər dənizininAzərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və nefthasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtibolunmuş Sazişin imzalanması Azərbaycanın enerji sektorunun bugünümüz və gələcəyimiz üçün əsas amil olduğunu bir daha təsdiqlədi.Həmin imzalanma mərasimindəki çıxışında “O vaxtdan bu günə qədərHeydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir.Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki,bu, ancaq uğurlar xronologiyasıdır” söyləyən dövlət başçısı İlhamƏliyev bir daha diqqəti “Əsrin müqaviləsi”nin imzalandığı dövrəyönəldərək bildirdi ki, bu saziş Ulu Öndər Heydər ƏliyevinAzərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu günbütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini özhəyatında görür. Bugünkü mərasimin Ulu Öndərin adını daşıyan HeydərƏliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü ilsentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər HeydərƏliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeydetmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydasıolacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildənsonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında əngözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzindəimzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağıüzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda HeydərƏliyev siyasəti yaşayır və yaşayacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, “Əsrin müqaviləsi” respublikadaneft hasilatının böyük həcmdə artmasına səbəb oldu. Yeni neftstrategiyasının gerçəkləşməsi ilə ölkəmizin neft ehtiyatlarınınistismarına böyük həcmdə xarici investisiya cəlb edildi. Neftstrategiyasının uğurlu icrasında Azərbaycan Dövlət Neft Şirkətininböyük rolu var. Həmin müqavilədən sonra çoxsaylı sazişlərinimzalanması da bunun təsdiqidir. Həmin sazişlər çərçivəsindəAzərbaycanın neft-qaz sektoruna böyük həcmdə sərmayə yatırılıb.SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi vətexniki imkanları olan, müasir texnologiyaları tətbiq edən,Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən modernşirkətdir. Hazırda Azərbaycan yalnız neft deyil, qaz, elektrikenerjisi ixracatçısı kimi də nüfuz qazanıb. Azərbaycanın enerjidiplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Vaxtiləçoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan vəBakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallığa çevrilməsi iləregional inkişafın aparıcı qüvvəsi kimi tanınan Azərbaycan dünyanınenerji təhlükəsizliyinin təmin olunmasında güclənən mövqeyinimöhkəmləndirir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiinkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerjilayihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarlabirlikdə reallaşdırılan iri layihələr dünyanın enerji xəritəsindəölkəmizə strateji mövqe qazandırmaqla yanaşı, qlobal səviyyədəenerji təchizatının sabitliyinə də töhfə verdi. Azərbaycan etibarlıvə arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. “Yeni əsrinmüqaviləsi”nin imzalanması ölkəmizin həyatında çox əlamətdar vətarixi bir gün oldu. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağınınişlənilməsində yeni dövr başladı. “Azəri-Çıraq-Günəşli” neftyatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu sazişin “Yeniəsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanıngələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsiüçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsiolaraq SOCAR-ın AÇG-dəki iştirak payı 25 faizə qaldırıldı.Qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi”imzalanandan bu günə qədər Ümummilli Liderin müəllifi olduğu neftstrategiyası uğurla icra edilir, zənginləşir, yeni önəmlisərmayələr cəlb edilir, addımlar atılır.

Milli Məclisin deputatı bildirib ki, “Əsrin müqaviləsi”nin 20illiyində, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu.2018-ci ilin mayında bu layihənin rəsmi açılışı oldu, iyun ayındaisə əsas seqmentlərindən biri olan TANAP istifadəyə verildi.Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihəniuğurlu sonluqla başa çatdırması hər zaman beynəlxalq səviyyədəyüksək dəyərləndirilir. 2020-ci ilin 31 dekabr tarixində Cənub QazDəhlizinin son tərkib hissəsi olan TAP istifadəyə verildi. Bütünbunlar “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən iqtisadiilə yanaşı, siyasi tərəfinin xüsusi vurğulanmasına işıq salır.Çünki “Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil,eyni zamanda, siyasi zəmanət də qazandırdı. Azərbaycan xalqının UluÖndəri Heydər Əliyevin də məqsədi məhz elə Azərbaycanınmüstəqilliyinin əbədi olmasını təmin etməkdən ibarət idi ki,ölkəmiz buna da nail oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın öz hesabınayaşamasında, iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrinmüqaviləsi”nin xüsusi rolu var. Onu da qeyd edək ki, ÜmummilliLider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondununyaradılması da bu günümüzə hesablanmış mühüm addımlardandır. Fondunvəsaitləri hesabına ölkəmizin dayanıqlı inkişafı üçün mühümsosial-iqtisadi layihələr icra edilir. İqtisadi şaxələndirmə,neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmliaddımlar atılır. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən buhədəfi açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabınaolmalıdır. Bu sahədə ölkəmiz böyük uğurlar əldə edib. Azərbaycanıniqtisadi inkişafında neft-qaz sektorunun rolunu daim önə çəkənPrezident İlham Əliyev bu hədəfi də qarşıya qoydu ki, neft kapitalıinsan kapitalına çevrilməlidir. Regionların malik olduğupotensialdan səmərəli istifadənin təmin edilməsi üçün Regionalinkişaf proqramları təsdiqləndi və uğurla icra edildi. 4 DövlətProqramı uğurla icra olundu. Bölgələrin siması tamamilə dəyişdi.Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artdı.Mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensialhazırda Azərbaycanı dünyada güclü və nüfuzlu dövlətə çevirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hər dövrün çağırışlarınıuğurla yerinə yetirir. Tarixi Zəfərimizdə, suverenliyimizin tambərpasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neftstrategiyasının rolu böyükdür. 1993-cü ildən başlanan yolAzərbaycanın hər bir sahədə uğurlu inkişafını təmin etdi.Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğusahəsində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin şahəsəri olan müasir müstəqil Azərbaycanı qalib, bütövləşən ölkə kimidünyaya təqdim edən 44 günlük İkinci Qarabağ müharibəsi, birgünlüklokal antiterror tədbirləri Azərbaycanın bütün sahələrdə qazandığıuğurların təqdimatı oldu. Tarixi Zəfərimizin, suverenliyimizinreallıqları fonunda Böyük Qayıdış Proqramının uğurlu icrası neftstrategiyasının Azərbaycana qazandırdığı iqtisadi imkanlarıntəqdimatıdır. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir,genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.Soydaşlarımızın qayıdış ünvanlarının sayı günbəgün artır.

Vüqar Rəhimzadə bildirib ki, neft strategiyasının uğurlarını, 31illik yolu bir yazıda tam əhatə etmək mümkün deyil. Bu günümüzünəsas çağırışlarından biri də bərpaolunan enerji mənbələrinəinvestisiyaların yatırılmasıdır. Qlobal çağırışları nəzərə alaraq,Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yenitəşəbbüslər həyata keçirir. Ölkəmizin ötən il ev sahibliyi etdiyiCOP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı olanCOP29 ölkəmizin qarşısında geniş imkanlar açdı. Dövlət başçısıİlham Əliyevin qeyd etdiyi kimi, COP29-la bağlı hədəflərimizdənbiri Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idivə biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirənölkələr, inkişaf etmiş ölkələr və bundan əziyyət çəkən, həttabəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələrarasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik adadövlətlərinə yardım paketi də COP29-da elan edildi və köməyimizəehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.

Millət vəkili Azərbaycanın enerji resurslarının təqdimatındaəhəmiyyətli rol oynayan Neft-Qaz sərgilərinə də diqqəti yönəldib.Bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu YubileyBeynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cüXəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power”və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimikeçilən 30 illik yolun ümumiləşdirilmiş ifadəsi oldu. Dövlətbaşçısı İlham Əliyev bildirdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildətəşkil edildi. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalqneft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi”adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyətidəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışısayəsində mümkün oldu. Bu reallıq xüsusi önə çəkildi ki, enerjisahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycançətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlətola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olurki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zamanAzərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskliölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başaçatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı,ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvüredirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərəyaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiziqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycansabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malikölkədir.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ümummilli Lider HeydərƏliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20sentyabr Azərbaycanda neftçilərin peşə bayramı – “Neftçilər Günü”kimi qeyd olunur. Ölkə iqtisadiyyatının inkişafının əsası olan neftstrategiyasının uğurlu icrasında neftçilərimiz böyük fədakarlıqlargöstərirlər. Onların zəhməti, əməyi daim dövlətimiz tərəfindənyüksək dəyərləndirilir.

Millət vəkili günümüzün reallıqları fonunda bu ümumiləşdirməniaparıb ki, hər bir ölkənin inkişafında lider və düşünülmüş siyasətəsas faktordur. Möhkəm təməl daim davamlı uğurları qaçılmazedir.

Избранный
12
6
az.trend.az

10Источники