RU

Belçikalı səfir: Formula 1 Azərbaycanın beynəlxalq arenada imicini gücləndirir

Bakı, 18 sentyabr, AZƏRTAC

Formula 1 dünyanın diqqətini Azərbaycana cəlb edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon Formula 1 tədbiri ilə bağlı danışarkən deyib.

Səfir bildirib ki, belə beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi həm turizm, həm də iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir: “Bu yarış Azərbaycanın beynəlxalq arenada imicini gücləndirir və idman sahəsində yeni imkanlar yaradır. Formula 1-in gənc nəsil üçün ilham mənbəyi olduğunu da qeyd etmək lazımdır”.

O, həmçinin tədbirin təşkilatçılıq səviyyəsindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Избранный
42
3
azertag.az

4Источники