Turkstan.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Qəzzadakı hadisələri “soyqırım” adlandırmayacağını bəyan edib və Avropa Birliyinin İsrailə qarşı mümkün sanksiyalarına qarşı çıxıb.Turkustan.az xəbər verir ki, ANT1 televiziyasında çıxış edən Mitsotakis, İsrailin Qəzzaya hücumları ilə bağlı suala "Böyük bir humanitar fəlakət yaşanır, amma bu (soyqırım) sözünü işlətməyəcəyəm. Bu, çox sərt ifadədir" deyib.İsrailin Qəzzaya hücumlarının ölkənin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını iddia edən Mitsotakis, "İsrail ağlasığmaz miqyasda hücuma məruz qaldı və reaksiya verdi. Lakin bu, istifadə edilən şiddətin miqyasını əsaslandırmır. Bu fikri həm İsrail prezidentinə, həm də baş nazir Benyamin Netanyahuya çatdırdım" dedi.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.