Avstraliya Rusiya neftinin qiymətinin yuxarı həddini bir barel üçün 60 dollardan 47,6 dollara endirir, həmçinin Rusiyanın “kölgə donanmasının” gəmilərinin sanksiya siyahısını genişləndirir.
HİT.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Beləliklə, Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Yaponiyadan sonra Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinə qoşulub. Hesabatda qeyd edildiyi kimi, Rusiya “qara qızılı” üçün tavan qiymətinin aşağı salınması “Rusiya hərbi iqtisadiyyatını neft satışından əldə edilən gəlirlərdən məhrum etməyə” kömək edəcək.
Avstraliya həmçinin “kölgə donanmasının” daha 95 Rusiya gəmisinə qarşı məqsədyönlü sanksiyalar tətbiq edəcək. Beləliklə, 150 tanker rəsmi Kanberranın məhdudiyyətləri altına düşəcək.
İyulun 18-də Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini təsdiqləyib ki, bu da, xüsusilə, Rusiya neftinin “qiymət tavanı”nın bir barel üçün 60 dollardan 47,6 dollara endirilməsini nəzərdə tutur. Sentyabrın 3-də Rusiya “qara qızılı” üçün yeni qiymət tavanı rəsmi olaraq qüvvəyə minib.
Rusiya neftinin tənzimlənən qiymətinə ildə ən azı iki dəfə yenidən baxılacağı güman edilir. Eyni zamanda, Moskvanın “kölgə donanması” və sənəd manipulyasiyası Rusiyaya müəyyən edilmiş qiymət məhdudiyyətlərindən qismən yan keçməyə imkan verir.
Samir