RU

Təhsil İdarəsindən sinifləri bağlanan 226 nömrəli məktəblə bağlı açıqlama

BAKI, 18 sentyabr. TELEQRAF

Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 226 nömrəli məktəbdə dərs ilinin əvvəlində bir neçə sinif bağlanıb.

Bu barədə Teleqraf-a bir qrup valideyn məlumat verib.

Onlar övladlarının qeydiyyatla daxil olduqları siniflərin anidən bağlanmasından təşvişə düşüblər. Qeyd olunub ki, məktəbdə yalnız ibtidai siniflər deyil, yuxarı siniflərin də bəziləri ləğv olunub.

Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələyə belə aydınlıq gətirib:

"226 nömrəli tam orta məktəbdən verilmiş məlumata görə, 1D sinfində şagird sayı digər sinfə nisbətən az olub. Həmçinin həmin sinfin müəllimi sertifikasiya imtahanında daha yüksək nəticə göstərdiyindən, 1C sinfinin bağlanmasına qərar verilib və şagirdlər digər sinfə köçürülüb".

İdarədən bildirilib ki, məsələ ilə bağlı valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb və vəziyyət izah edilib.

Избранный
15
1
teleqraf.com

2Источники