RU

Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Ermənistana səfər edəcək

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos Ermənistana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, səfər 19-20 sentyabr tarixlərində baş tutacaq.

O, Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan, həmçinin daxili işlər naziri Arpin Sarkisyanla görüşəcək.

Qeyd edək ki, Marta Kos Azərbaycanda səfərdədir. O, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Избранный
25
operativmedia.az

1Источники