RU

İsrailli diplomatlar Azərbaycanın Milli Qəhrəmanının abidəsini ziyarət etdilər

BAKI, 18 sentyabr. TELEQRAF

İsrailin ölkəmizdəki səfiri Ronen Krausz və səfir müavini Aviv Zell Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun Bakıdakı abidəsini ziyarət ediblər.

Teleqraf xəbər verir ki, bu barədə İsrail səfirliyinin sosial media hesabında məlumat verilib.

Onlarla birlikdə Aqaronovun tank batalyonunun rəisi Hacı Azimov da ziyarətdə iştirak edib və onun döyüşlərdə göstərdiyi şücaət və fədakarlıqlardan danışıb.

“Bu, qəhrəmanlıq və vətənpərvərliyin güclü bir simvoludur”, - səfirlik bildirib.

Paylaşımda Alber Aqarunovun Birinci Qarabağ müharibəsində böyük cəsarət göstərdiyini qeyd edib.

Избранный
21
7
teleqraf.com

10Источники