RU

Füzuli şəhərində üçüncü yaşayış kompleksinin tikintisinə ilin sonunadək başlanacaq

Füzuli şəhərində üçüncü yaşayış kompleksinin torpaq işlərinə bu ay başlamağı planlaşdırırıq.

FED.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. Onun sözlərinə görə, ilin sonuna qədər tikinti işlərinə start veriləcək.

Xüsusi nümayəndə deyib ki, Füzuli rayonunun Dövlətyarlı kəndinin də tikintisinə başlanılıb. Bu aydan Pirəhmədli, Yal Pirəhmədli kəndlərinin tikinti işləri başlayacaq: "Qısa müddətdə bu yaxınlarda təməli qoyulmuş Qaraxanbəyli kəndinin layihəsi yekunlaşacaq. Bu kəndin də tikintisinə start verəcəyik. Beləliklə, Füzulidə 5 kənd, Ağdamda 6 kənd bu ilin sonuna qədər təhvil veriləcək". (Apa)

Избранный
24
3
fed.az

4Источники