RU

İsrailli nazirdən qalmaqallı etiraf: Qəzzadakı əmlakı ABŞ-la böləcəyik

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç bütün Qəzza zolağının işğalı və ilhaqını müdafiə edərək, qalmaqallı açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, KAN dövlət televiziyasının məlumatına görə, Smotriç Qəzzanın ilhaqından sonra oradakı daşınmaz əmlakları amerikalılarla bölüşəcəklərini bildirib.

“Qəzzada çoxlu daşınmaz əmlak qəniməti var. Amerikalılarla ciddi şəkildə danışdım. Müharibəyə çox pul xərclədik, indi isə torpaqları balanslı şəkildə bölüşməliyik”, - deyə o söyləyib.

Smotriç iddia edib ki, ABŞ prezidenti Donald Trumpın masasının üzərində peşəkarlar tərəfindən hazırlanmış biznes plan mövcuddur. Onun sözlərinə görə, artıq Qəzzada söküntü mərhələsi başa çatıb və indi yeni tikililərin inşasına başlamağın vaxtıdır.

O, 2005-ci ildə İsrailin Qəzzadan geri çəkildiyi vaxt boşaldılmış yəhudi məskənlərini yenidən quracaqlarına çox yaxın olduqlarını vurğulayıb: “Biz bu xərcləri Qəzzanı bir ərəb ölkəsindən digərinə vermək üçün etmədik. Qəzza İsrail ərazisinin ayrılmaz hissəsidir.”

Избранный
10
4
hurriyyet.az

5Источники