RU

"Formula 1" pilotları və komandaları Bakı Şəhər Halqasında hazırlıqlara başlayıblar

"Formula 1" pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi üçün Bakı Şəhər Halqasında artıq hazırlıqlara başlayıblar. 

Apasport.az xəbər verir ki, dünyamın ən məşhur pilotları artıq Bakının "Paddock" ərazisindədirlər. 

Sabah start götürəcək turniröncəsi, yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

Bu gün "Paddock"da Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.

Pilotların "Paddock"a gəlişi artıq Bakı küçələrində "Formula 1" atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.

"Formula 1" həvəskarları üçün Paddock – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.

Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb

Paytaxt küçələri pik saatlarda açıq olacaq

Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir

Ferstappendən növbəti çempionluq

Millimiz Avropa çempionatında ikinci olub

Избранный
17
15
apasport.az

10Источники