AZ

Formula 1 Pilotları Paddock-da - Yarışa sayılı saatlar qaldı - FOTO

Formula 1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran Prisi üçün Bakı Şəhər Halqasında artıq hazırlıqlara başlayıblar. Bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır.

Day.Az xəbər verir ki, bu barədə "Baku City Circuit" məlumat yayıb.

Dünyanın ən məşhur Formula 1 pilotları artıq Bakının Paddock ərazisindədirlər. Sabah start götürəcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 öncəsi, yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.

Paddock nədir? Formula 1-də Paddock - komandaların qarajlarının, texniki avadanlıqların, mühəndislərin və pilotların toplandığı əsas mərkəzdir. Burada komandalar bolidlərini yarışa hazırlayır, pilotlar media ilə görüşür, strategiyalar müzakirə olunur və ən vacib qərarlar qəbul edilir. Sadəcə yarışın ürəyi deyil, həm də onun kulisidir.

Bu gün Paddock-da Maks Ferstappen, Karlos Sainz, Fernando Alonso və s. kimi dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar. Media nümayəndələri üçün isə bu, eksklüziv görüntülər əldə etmək üçün nadir fürsət olub.

Pilotların Paddock-a gəlişi artıq Bakı küçələrində Formula 1 atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.

Formula 1 həvəskarları üçün Paddock - dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir. Qeyd edək ki, bu il Azərbaycan Qran Prisində ilk dəfə datışa çıxarılan Champions Club biletlərinə Paddock turları da daxildir. Sabah start götürəcək yarışla birlikdə bu zona sürət, taktika və adrenalinlə dolacaq və tamaşaçılar unudulmaz anların şahidi olacaqlar.

  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
  • Formula
Seçilən
14
15
day.az

10Mənbələr