RU

Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”

Əkrəm

“Maaşdan gəlir vergisinin tutulması nəticəsində müqaviləsiz, yəni qeyri-rəsmi işçilərin sayı artacaq. Bu, aydın məsələdir. Bəzi sahibkarlar, ümumiyyətlə, bizneslərini bağlayacaq, işçilərini ixtisar edəcəklər. Bu, sahibkarların üzərinə olan yükdür. Bəlkə də, maaşdan gəlir vergisi tutulması qiymətlərə təsir edəcək. Söhbət hansısa rəqabətli sahədən gedirsə, səndən gəlir almayacaqlar. Sən də məcbursan ki, qiyməti əvvəlki səviyyədə saxlayasan”.

Reyting.az
xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

“Azərbaycanda onsuz da əhalinin gəliri azalır, ödəniş qabiliyyətində problem var. Bu baxımdan, maaşdan gəlir vergisinin tutulmasının qiymət artımına böyük təsir edəcəyini düşünmürəm. İş yerləri məsələsində çox ciddi problem ola bilər. İstisna etmirəm ki, əvvəlki kimi də olmasa, güzəşti bu və ya digər formada saxlasınlar. Təəssüf ki, bu barədə hələ də dövlət rəsmiləri açıqlama vermirlər”, - o bildirib.
Избранный
21
2
reyting.az

3Источники