RU

Azərbaycana gələn kartof çipsi bahalaşıb, bu yerli zavodları “həvəsləndirir”

Bu il Azərbaycanda kartof çipsinin yerli istehsalındakı artıb, xaricdən alışları da azalıb.

Banker.az xəbər verir ki, 2025-ci ilin ilk 7 ayında Azərbaycana kartof çipsinin xaricdən idxalı 2 621 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azdır. Dəyər baxımından isə idxal 9 milyon dollara yaxın olub və 2024-cü ilin göstəricisi ilə müqayisədə 7 faiz artıb.

İdxal həcmi azalmasına baxmayaraq, ümumi məbləğin artması qiymətlərin bahalaşması ilə bağlıdır. Orta qiymətə nəzər salsaq, 2024-cü ildə hər tonun dəyəri 3 010 dollar civarında olub, 2025-ci ildə isə bu göstərici 3 400 dolları keçib.

Əsas tədarükçülər arasında Rusiya yenə də lider mövqedə qalır – idxalın böyük hissəsi bu ölkədən gəlib. Bununla yanaşı, Belarusdan gətirilən məhsulların həcmi təxminən iki dəfə artıb. Gürcüstandan idxalda da ciddi yüksəliş qeydə alınıb. Əvəzində Ukrayna və Latviya kimi ölkələrdən gətirilən məhsulların həcmi azalıb, bəzi Avropa ölkələrindən (məsələn, Polşa) idxal isə kəskin şəkildə düşüb. Yeni olaraq Türkmənistan, BƏƏ, Malayziya və Tailand bazarda görünməyə başlayıb.

Yerli istehsalda isə müsbət dinamika müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk 6 ayında 1 236 ton istehsal qeydə alınmışdısa, 2025-ci ilin eyni dövründə bu rəqəm 1520 tona çatıb. Artım təxminən 23 faizdir.

Azərbaycanda bunun xammalı olsa da, ümumi bazar hələ də xaricdən asılıdır, amma qiymətlər bahalaşır.

Azərbaycan keçən ilin ilk 7 ayında Gürcüstana 68.78 tonluq ($338.42 min) kartof çipsi satmışdısa, bu il satışlar kəskin azalaraq 23.7 tona ($113.61 min) düşüb.

 

Azərbaycanın xaricdən kartof çipsilərinin idxalı Ölkə 2024, ilk 7 ay 2025, ilk 7 ay Miq, ton Dəy. min $ Miq, ton Dəy. min $ Cəmi 2764.55 8323.77 2621.13 8903.12 Belarus 6.84 37.02 14.46 73.80 Rusiya 2552.44 7000.89 2410.88 7756.87 Ukrayna 29.09 126.23 10.17 41.02 ABŞ 0.02 0.31 0.02 0.34 Çin 0.05 1.19 0.11 1.34 Gürcüstan 17.33 81.26 55.49 263.69 İran 1.12 2.54 3.78 10.71 Türkiyə 75.32 412.49 80.33 425.26 Yaponiya – 0.05 0.13 1.40 Almaniya 3.43 22.92 4.50 34.46 Avstriya 0.22 2.34 0.39 4.26 Belçika 22.00 232.80 – – İspaniya 3.57 42.01 2.74 30.45 İtaliya 0.59 6.50 0.58 6.83 Latviya 44.04 275.93 33.38 228.14 Polşa 8.51 79.29 0.16 1.91 Türkmənistan – – 3.97 22.26 BƏƏ – – – 0.11 Malayziya – – 0.02 0.23 Tailand – – 0.02 0.05

 

Избранный
26
banker.az

1Источники