"S-400" Hava Hücumundan Müdafiə sistemləri inventarımızdadır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
“S-400 Hava Hücumundan Müdafiə sistemləri inventarımızdadır. "S-400" ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur”, - qeyd olunub.
Qeyd edək ki, Türkiyənin "S-400"-ləri Rusiyaya qaytaracağı ilə bağlı mediada xəbərlər yayılıb.
"Cebheinfo.az"