Avropa İttifaqının yeni 19-cu anti-Rusiya sanksiyaları paketində enerji məhsullarına yeni məhdudiyyətlər daxil ola bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ulof Gill bildirib.
O bildirib ki, paket üzərində iş davam edir, lakin təkliflər təqdim olunmayana qədər bu barədə şərh vermək mümkün deyil.
Gill AK-nin təklifinin tarixini də dəqiqləşdirməkdən imtina etdi.
Politico diplomatlara istinadən xəbər verir ki, Avropa İttifaqı yeni 19-cu anti-Rusiya sanksiyalar paketini sentyabrın 19-da və ya 22-də təqdim edəcək.
Məryəm Quliyeva