RU

Azərbaycanda bərpa olunan enerjiyə 600 milyon dollar investisiya yatırılıb

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2022-2024-cü illərdə beynəlxalq maliyyə təşkilatları Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sektoruna 600 milyon ABŞ dollarından çox investisiya cəlb edib.

Metbuat.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankı (EDB) məlumat yayıb.

Bildirilib ki, bərpa olunan enerji sahəsinə investisiyalar beynəlxalq maliyyə təşkilatları üçün yeni trend olub.

Təkcə 2022-2024-cü illərdə onlar Avrasiya regionuna 3 milyard ABŞ dolları investisiya yatırıblar, halbuki 2008-ci ildən bu sektora ümumi investisiya həcmi 4,4 milyard ABŞ dolları təşkil edib.

2022-2024-cü illərdə regionda BOEM sektoru üçün ən böyük maliyyələşdirməni Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, 1,4 milyard ABŞ dolları və yaxud 47 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC, 426 milyon ABŞ dolları və yaxud 14 %), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB, 385 milyon ABŞ dolları və yaxud 13 %) təsdiq edib. Bu investisiyaları alan ölkələr Özbəkistan (1,8 milyard ABŞ dolları), Azərbaycan (675 milyonABŞ dolları) və Qazaxıstan (280 milyon ABŞ dolları) olub.

2022-2024-cü illərdə birgə maliyyələşdirilən layihələrin ümumi dəyəri 2,4 milyard ABŞ dolları təşkil edib. Bu zaman IFC 807 milyon ABŞ dolları, Asiya İnkişaf Bankı 512 milyon ABŞ dolları, EBRD 441 milyon ABŞ dolları və AIIB 355 milyon ABŞ dolları ayırıb.

Birgə maliyyələşdirmə xüsusilə Özbəkistanın (1 milyard ABŞ dolları), Azərbaycanın (326 milyonABŞ dolları) və Qazaxıstanın (90 milyon ABŞ dolları) bərpa olunan enerji sektorunda, həmçinin Monqolustan (310 milyon ABŞ dolları) və Özbəkistanın (161 milyon ABŞ dolları) maliyyə sektorunda mövcud olub.

2022-2024-cü illərdə ən böyük birgə maliyyələşdirmə layihələrindən biri 2024-cü ildə AIIB-in təsdiqlədiyi 170 milyon ABŞ dolları məbləğində kredit olub. Bu da Azərbaycanda iki günəş elektrik stansiyasının - Bankə və Biləsuvarın inkişafı, tikintisi, istismarı və texniki xidmətinin maliyyələşdirilməsinə yönəlib. Bu layihənin ümumi dəyəri 670 milyon ABŞ dolları təşkil edir. Layihə EBRD də daxil olmaqla digər maliyyə institutları ilə birgə maliyyələşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
3
metbuat.az

4Источники