RU

Qırğızıstan TDT ölkələrini əməkdaşlığa dair "yol xəritəsi"ni təsdiqləməyi təklif edib

Qırğızıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ticarət, investisiya və maliyyə sahələrində əməkdaşlığa dair "yol xəritəsi"ni təsdiqləməyi təklif edir.

News365.az Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Adılbek Kasımaliyev Bişkekdə TDT-nin üzvü olan ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin görüşündə bildirib.

"İqtisadi əməkdaşlığımızın daha sistemli şəkildə inkişafı üçün Qırğızıstan ticarət, investisiya və maliyyə sahələrində əməkdaşlığa dair "yol xəritəsi" layihəsini təklif edib", - Nazirlər Kabinetinin sədri deyib.

O, təşkilata üzv ölkələri bu təşəbbüsü dəstəkləməyə və yaxın vaxtlarda "yol xəritəsi"ni təsdiqləməyə çağırıb.

A.Kasımaliyev Türkiyə Ticarət və Sənaye Palatası və TDT-nin Ticarətə Yardım Komitəsinin işinin vacibliyini qeyd edib.

Onun sözlərinə görə, bu qurumlar ticarət maneələrinin aradan qaldırılması, biznesin, xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi, həmçinin işgüzar fəallığın stimullaşdırılması üçün böyük potensiala malikdir.

Избранный
28
news365.az

1Источники