RU

Üç valyuta mübadilə məntəqəsinə məcburi göstəriş verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) üç valyuta mübadilə məntəqəsinə – “Delta Capital”, “Money Shop” və “Meta-Kapital”a məcburi göstəriş tətbiq edib.

 

Bu barədə AMB məlumat yayıb.

 

Adı çəkilən şirkətlər tərəfindən tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq AMB tərəfindən “Delta Capital” , “Money Shop” və “Meta-Kapital”a bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Tarix: 18 Sentyabr 2025, 14:47   
Избранный
21
21
pravda.az

10Источники