Aktual.az xəbər verir ki, bunu Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova sosial şəbəkədə canlı yayımda bildirib.
O qeyd edib ki, bununla bağlı qanunda dəyişiklik edilib: "Əvvəllər heyvanlara rəhmsiz davranış nəticəsində inzibati məsuliyyət yaranırdısa, indi qanunda dəyişiklik edilib. Heyvanlara rəhimsiz davranış, onların döyüşdürülməsi hallarında, bu, ölümlə nəticələndikdə inzibati məsuliyyət sərtləşdirilib. Həmçinin cərimələr artırılıb, inzibati həbs nəzərdə tutulub".