RU

Cari ilin ilk 6 ayı ərzində Azərbaycanla Çin arasında investisiyaların həcmi artıb

Bakı. Trend:

Cari ilin ilk 6 ayı ərzində Azərbaycanın iqtisadiyyatına Çindəngələn birbaşa xarici investisiyaların həcmi 13,6 milyon ABŞ dollarıtəşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir

Məlumata əsasən, bu ötən ilin eyni dövri ilə müqayisədə 7,015milyon dollar və ya 2,1 dəfə çoxdur.

Hesabata ilində Azərbaycana birbaşa xarici investisiyalarınümumu həcmində Çin investisiyalarının payı 0,4 faiz təşkiledib.

Öz növbəsində, Azərbaycan cari ilin ilk 6 ayında Çiniqtisadiyyatına 9,039 milyon ABŞ dolları həcmində investisiya qoyubki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon ABŞdolları və ya 3,4 dəfə çoxdur. Azərbaycan investisiyalarının Çiniqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmindəkipayı 0,7% təşkil edib. Beləliklə, Çin Azərbaycanın ən çox sərmayeqoyduğu ölkələr arasında 16-cı yer tutub.

Ötən ilin eyni dövründə Çindən Azərbaycana birbaşa xariciinvestisiyaların həcmi 6,558 milyon ABŞ dolları, Azərbaycandanhəmin ölkəyə investisiyaların həcmi isə 2,652 milyon ABŞ dollarıolub.

2025-ci ilin ilk 6 ayında Azərbaycanın iqtisadiyyatına birbaşaxarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb. Bu,ötən ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon ABŞ dolları və ya8,2% çoxdur.

Məqalədə:
Избранный
29
3
az.trend.az

4Источники