AZ

Çindən Azərbaycana birbaşa xarici investisiyalar artıb

Cari ilin ilk yarısında Azərbaycanın iqtisadiyyatına Çindən cəlb olunan birbaşa xarici investisiyaların həcmi 13,6 milyon ABŞ dolları təşkil edib.

Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,015 milyon dollar və ya 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi içərisində Çin investisiyalarının payı 0,4 faiz olub.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk 6 ayında Çin iqtisadiyyatına 9,039 milyon ABŞ dolları həcmində investisiya yönəldib, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur. Azərbaycan investisiyalarının Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 0,7 faiz təşkil edib. Bu nəticə ilə Çin Azərbaycanın ən çox sərmayə qoyduğu ölkələr arasında 16-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, 2024-cü ilin ilk 6 ayında Çindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 6,558 milyon ABŞ dolları, Azərbaycandan həmin ölkəyə yatırılan investisiyalar isə 2,652 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb, ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 244,3 milyon ABŞ dolları və ya 8,2 faiz artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
1
3
fins.az

4Mənbələr