RU

AFFA "İmişli"yə texniki məğlubiyyət verdi, "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyyət (0:3) verib.

Publika.az xəbər verir ki, qərar qurumun bu gün baş tutan iclasında qəbul olunub.

Buna Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutan "İmişli" - "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.

Bundan başqa, "İmişli" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək. Oyunun 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində Rafael Vieqaş sərt davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubunu 3000 manat ziyana salıb.

"Sumqayıt" komandası isə azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat cərimə ödəyəcək.

Избранный
13
5
publika.az

10Источники