RU

Xam neft ixracımızda ən böyük pay İtaliyaya məxsusdur

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 4,8 milyard ABŞ dolları dəyərində 9,2 milyon tona yaxın bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 21,8 faiz və ya 861,1milyon dollar, həcm baxımından isə 47,7 faiz və ya 2,97 milyon ton üstələyir.

Cari ilin ilk 8 ayı ərzində ölkədən ümumilikdə 8,39 milyard dollar dəyərində 15,9 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 57,8 faizi bu ölkənin payına düşüb.

Избранный
79
vergiler.az

1Источники