AZ

Niderland Azərbaycandan xam neft məhsullarının tədarükünü artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Niderlanda 126,4 milyon ABŞ dolları dəyərində 223,3 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 18,4 faiz və ya 19,6 milyon dollar, həcm baxımından isə 32,1 faiz və ya 54,3 min ton üstələyir.

Cari ilin ilk 9 ayı ərzində ölkədən ümumilikdə 8,93 milyard dollar dəyərində 16,99 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Niderland 10-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,31 faizi bu ölkənin payına düşüb.

Seçilən
25
3
vergiler.az

7Mənbələr