RU

Sentyabrın 19-na gözlənilən hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış və şimşək ehtimalı var. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək və gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757-dən 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə arabir leysan xarakterli yağış, şimşək və dolu ehtimalı var, yüksək dağlıq ərazilərdə isə qar gözlənilir. Arabir duman müşahidə ediləcək, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu rayonlarda gecə 14-17, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

DOĞRU.AZ

Избранный
82
49
dogru.az

10Источники