AĞDAM, 18 sentyabr. TELEQRAF
Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kosun Ağdam şəhərinə səfəri başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qonağı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Ona şəhər haqqında ümumi məlumat verib.
M.Kos səfər çərçivəsində rayon ərazisində mina təmizləmə fəaliyyəti ilə tanış olacağı planlaşdırılır.