RU

“Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı seminar keçirilib FOTOLAR

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Yeni Həyat” Humanitar və Sosial Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihə çərçivəsində 16 sentyabr 2025-ci il tarixində Goranboy rayonunda gənc qızlar və onların ataları ilə aralarındakı emosional münasibətlərdən bəhs edən iki günlük seminarın 1-ci gününü təşkil edib.

"Cebheinfo.az" xəbər verir, seminar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib. Layihənin əsas məqsədi atalar və qızlar arasındakı sosial-emosional münasibətləri möhkəmləndirmək, bu münasibətləri ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurmaq, həmçinin ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi göstərmələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etməkdir.

Birlikdən verilən məlumata görə, layihənin icrası zamanı əsas hədəf qızların özünə inamlı, müstəqil və məsuliyyətli fərdlər kimi inkişaf etməsi, ailə içində fikirlərini ifadə edə bilməsi, ataları ilə sağlam və müzakirələrə əsaslanan münasibətlər qurması, təhsil və karyera sahəsində daha cəsarətli qərarlar verməsi kimi göstərilib. Bu hədəfə nail olmaq üçün ailədə ümumi dinamik dəyişikliklər baş verəcəyi, qarşılıqlı dəstək və anlaşma şəraitinin yaradılacağı ön plana çəkilir. Ailə üzvləri arasında təhsilə, karyeraya və şəxsi inkişaf sahələrinə dair müzakirələrin artırılması, ailəiçi münaqişələrin azalması isə seminarın məlumatlandırıcı hissəsinin əsasını təşkil edib.

Seminarın ilk günündə layihə rəhbəri Nailə İsmayılova iştirakçıları salamlayaraq onlara layihə haqqında ətraflı məlumat verib. Layihə üzrə hüquqşünas Fariz Əkbərov qanunvericiliyin valideynlər qarşısında qoyduğu vəzifə və öhdəliklər barədə əsas məqamları iştirakçıların diqqətinə çatdırıb. Göranboy Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Fərid Əliyev və Goranboy rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gülər Əliyeva öz çıxışlarında ailələrlə aparılan işlərdən və rayon ərazisində yaşayan münaqişəli ailələrə göstərilən xüsusi diqqətdən bəhs ediblər. Seminar zamanı bütün müzakirələr əsasən gənc qızlar və atalar arasındakı sosial-emosional münasibətlərə yönləndirilib.

Müzakirələr çay süfrəsi arxasında səmimi şəraitdə davam edib. Beləliklə, seminarın ilk günü uğurla başa çatıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
3
cebheinfo.az

4Источники