Rusiyanın Başqırdıstan Respublikasına PUA hücumu edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Salavat şəhərindəki “Qazprom neftxim” neft-kimya kompleksi vurulub.
Zərbələr nəticəsində müəssisənin ərazisində partlayış və yanğınlar qeydə alınıb.
Qeyd edək ki, vurulan müəssisə Ukrayna sərhədindən 1300 km aralıda yerləşir.