RU

Paytaxtda vətəndaşı hədələyərək mobil telefonunu ələ keçirən şəxs saxlanılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Nərimanov rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt sakininə hədə-qorxu gələrək 3 min 150 manat dəyərində olan mobil telefonunu ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı S. Hüseynli tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər rayonunda isə iki nəfər evlərindən 3 min manat dəyərində şəxsi əşyalarının və kompüterin talanması barədə polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 38 yaşlı V.Quliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir.

 

Избранный
13
7
azertag.az

9Источники