RU

FIFA reytinqi: Millimiz yenə gerilədi

Azərbaycan millisi FIFA reytinqində daha iki pillə geriləyib.

Msport.az xəbər verir ki, yığma 1148,09 xalla 124-cü sırada qərarlaşıb.

Komanda DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzub, Bakıda isə Ukrayna seçməsi ilə heç-heçə edib – 1:1.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1875,37) yer alıb. Fransa (1879,92) ikinci, Argentina (1870,32) üçüncü olub.

Избранный
33
7
msport.az

8Источники