RU

Tam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılan məktəblərin SİYAHISI

Bakı. Trend:

2025-2026-cı tədris ilində bir sıra ümumi təhsil müəssisələrindətam orta təhsil səviyyəsi üzrə yeni təmayül tədris modelinin pilotqaydada tətbiqinə başlanılıb.

Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, yeni təmayül tədris modelinin məqsədi X–XI sinifşagirdlərinə istədikləri istiqamətdə dərin öyrənmə imkanı yaratmaq,müəllimlərə təmayül siniflərində uyğun tədris şəraiti təminetməkdir.

Layihə ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Siyəzən, İmişli,Sabirabad, Beyləqan, Xaçmaz, Goranboy, Neftçala, Quba, Şəki vəLənkəran şəhərlərində seçilmiş ümumi təhsil müəssisələrində tətbiqedilir.
Yeni tədris modelinə uyğun olaraq təmayül siniflərdəsertifikatlaşdırma imtahanında minimum 51 bal, müəllimlərin işəqəbulu imtahanı üzrə minimum 81 bal (sertifikatlaşdırmaya cəlbolunmamış müəllimlərə münasibətdə) toplamış və 3 ildən artıqpedaqoji təcrübəyə malik olan müəllimlər tədris prosesinə cəlbolunurlar.

Qeyd edək ki, yeni tədris modelinin tətbiqi şagirdlərin maraq vəmeyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirməyə,eləcə də ümumi təhsil pilləsində təmayülləşmənin səmərəliliyiniartırmağa xidmət edəcək.

Təhsil müəssisələrinin siyahısı ilə keçid vasitəsi ilə tanışola, əlavə məlumat və müraciət üçün siyahıda təqdim edilən təhsilmüəssisisələri ilə əlaqə yarada bilərsiniz.

http://edu.gov.az/.../TOM-tehsil-muessiselerinin%20siyah...

Избранный
32
23
az.trend.az

10Источники