RU

Avropanın ən çox axtarılan casusu bu ölkədə tapıldı - Əməliyyatla üzünü dəyişdirib.... - FOTO

Wirecard qalmaqalının əsas fiqurlarından biri və Avropanın ən çox axtarılan casuslarından olan Yan Marsalek Rusiyada görüntülənib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, onun Moskvada yeni həyat qurub, estetik əməliyyatla xarici görünüşünü dəyişib və gizli fəaliyyətlərinə davam etdiyi məlum olub.

Marsalek sevgilisi Tatyana Spiridonova ilə Moskvanın mərkəzində gəzərkən görüntülənib.

Marsalek təkcə Rusiyada deyil, Avropada da fəal olub. O, Böyük Britaniyada Bolqar casus şəbəkəsinə rəhbərlik etmiş, ABŞ-ın Avropadakı hərbi bazalarında casusluq fəaliyyəti göstərmiş və jurnalistlər, dissidentlər üzərində sui-qəsd planları müzakirə planlamışdır.

Marsalek saxta şəxsiyyətlər ilə Moskvada rahat həyat sürür. Avropa təhlükəsizlik agentlikləri onu həbs etməkdə hələ ki, uğur qazana bilməyib.

Fidan
Milli.Az

Избранный
18
4
milli.az

8Источники