RU

MMX: Xarici siyasi nüfuzlu şəxslərlə bağlı maliyyə əməliyyatları 3 dəfədən çox artıb

2024-cü il ərzində xarici siyasi nüfuzlu və onlarla əlaqəli şəxslərə dair Maliyyə Monitorinqi Xidmətinə (MMX) daxil olan 14 658 sayda hesabatın araşdırılması zamanı müəyyən edilib ki, bu dövrdə 95 629 sayda mədaxil və məxaric əməliyyatları həyata keçirilib.

AzNews.az Maliyyə Monitorinqi Xidmətinə (MMX) istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrlərinin göstəricisindən 3,3 dəfə çoxdur.

Məlumata görə, hesabat dövründə beynəlxalq məlumat mübadiləsi çərçivəsində MMX-yə 16 ölkənin xarici maliyyə monitorinqi orqanı tərəfindən 27 sorğu, 12 ölkədən spontan qaydada 21 məlumat daxil olmuş, Xidmət tərəfindən isə 51 ölkəyə 84 sorğu, 5 ölkəyə isə spontan qaydada 7 məlumat göndərilib.

Qeyd edilib ki, 2023-cü ilə nisbətən ötən il ərzində MMX-yə təqdim edilən xarici siyasi nüfuzlu fiziki şəxslərin mədaxil əməliyyatlarının sayı 5 479 vahid və ya 57,5 faiz artmışdır. Şəxslərin nağd məxaric əməliyyatlarının sayı isə 16 386 vahid və ya 25,5 faiz artıb.

Избранный
22
5
aznews.az

6Источники