RU

Salahdan Çempionlar Liqasında unikal göstərici

style='margin-bottom:10px;'>

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, misirli hücumçu İngiltərə klublarında ÇL matçının ilk 6 dəqiqəsində qol vuran və qol ötürməsi edən ilk futbolçu olub. Bu barədə "Opta" məlumat yayıb.

Salah ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Atletiko"nu məğlub etdikləri (3:2) matçın 4-cü dəqiqəsində Endryu Robertsona qol ötürməsi edib, 6-cı dəqiqədə isə özü rəqib qapısına yol tapıb.

Избранный
29
1
teleqraf.com

2Источники