Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turu çərçivəsində bu gün keçiriləcək "Kopenhagen" (Danimarka) - "Bayer-04" (Almaniya) oyununu Əliyar Ağayev idarə edəcək.
"Football-plus.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 20.45-da baş tutacaq oyunda onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Bu, 37 yaşlı hakimin ÇL-də beşinci oyunu olacaq. Xatırladaq ki, onun Avropanın ən mötəbər turnirindəki ilk oyunu da "Kopenhagen"in matçı olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта